None
Nəzarət Mexanizmi Qurğusu



Nəzarət Mexanizmi Qurğusu (NMQ) – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmalar barədə məlumatların AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sisteminə ötürülənə qədər toplanması, emal edilməsi, saxlanması və internet bağlantısı yaranan kimi ötürülməsini, istifadəçi və NKA-nın autentifikasiyasını və bu prosedurların həyata keçirilməsinə nəzarəti təmin edən qurğudur. NMQ üçün sertifikat 3 il müddətinə verilir. NMQ fəaliyyətə başladığı andan NKA çeklərinin sıra ardıcıllığının pozulmamasına və çekin formalaşma tarixinə nəzarət edir. NMQ internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatları özündə saxlayır və məlumatların tamlığını həmçinin etibarlılığını qoruyur.
Xüsusiyyətlər: