Omnitech M8
Satış, ödəniş və fiskal əməliyyatları bir cihazda birləşdirən müasir smart e-kassa.
- 8″ sensor ekran
- Android 13
- İki ekran
- NFC və SoftPOS


İnnovativ dünyaya keçid
Biznesinizin daha səmərəli fəaliyyəti üçün müasir kassa sistemləri, proqram təminatı və inteqrasiya həlləri təqdim edirik.
100-dən çox aparıcı brend Omnitech-i seçir
Satış, ödəniş, xidmət və idarəetmə proseslərini birləşdirən həllər.
Fərqli həllər. Vahid ekosistem.
Yeni nəsil kassalar, POS terminallar və müasir ticarət avadanlıqları. Biznesiniz üçün geniş seçim.
Kataloqa baxın
Quraşdırma, proqram inteqrasiyası, təlim və texniki dəstək. Biznesinizin hər mərhələsində yanınızdayıq.
24/7texniki dəstək
İnteqratorlarla birgə biznesin ehtiyaclarına uyğun texnoloji həllər təqdim edirik.
Güclü tərəfdaşlıq. Yeni imkanlar.







Dəyərli tərəfdaşlarımızla birlikdə bizneslər üçün yeni imkanlar yaradırıq.
MƏHSULLAR
Dövlət reyestrinə daxil edilmiş, qiymət və keyfiyyət balansını əks etdirən müasir cihazlar.
Satış, ödəniş və fiskal əməliyyatları bir cihazda birləşdirən müasir smart e-kassa.

Daxili ekvayrinq modulu ilə satış və nağdsız ödənişləri birləşdirən 2-si 1-də portativ smart e-kassa.
Omnitech TPS575 iki ekranı, daxili printeri və geniş qoşulma imkanları ilə müxtəlif biznes sahələri üçün nəzərdə tutulmuş çoxfunksiyalı smart e-kassadır.
Omnitech TPS320 pərakəndə ticarət və ictimai iaşə müəssisələri üçün nəzərdə tutulmuş, 5 düymlük sensor ekranı və erqonomik dizaynı ilə seçilən portativ smart e-kassadır.
Кassalar, POS-terminallar, skanerlər, printerlər, pul yeşikləri, monitorlar və digər ticarət avadanlıqları.
Bütün məhsullara baxPROQRAM HƏLLƏRİ
Biznes proseslərinin avtomatlaşdırılması, idarə edilməsi və optimallaşdırılması üçün müasir proqram həlləri.

OmniCashier Soft — Omnitech tərəfindən hazırlanmış, Android əsaslı onlayn kassalar üçün satış və kassa əməliyyatlarını idarə edən proqram təminatıdır. Pərakəndə və topdan ticarət, xidmət və ictimai iaşə sahələrində satış, ödəniş, məhsul və anbar uçotu proseslərini vahid tətbiqdə birləşdirir.
OmniCashier nə edir?
KASSA HƏLLƏRİ
Satış, ödəniş və xidmət proseslərini birləşdirən, müxtəlif biznes sahələrinə uyğun müasir kassa sistemləri.

OmniTicketing müştəri müraciətlərini, daxili sorğuları, tapşırıqları və biznes proseslərini vahid platformada birləşdirən çevik Ticketing və CRM həllidir.

Set Retail və Set SCO proqram təminatı ilə inteqrasiya olunan özünəxidmət kassaları müştərilərə alış prosesini müstəqil tamamlamağa imkan verir. Bu həll xidmət prosesini sürətləndirməyə, növbələri azaltmağa və satış əməliyyatlarını daha səmərəli idarə etməyə kömək edir.
Kiçik sahibkarlıqdan böyük ticarət şəbəkələrinə qədər hər biznesin öz həlli var. Biznes 360° kassa avadanlıqlarını, proqram təminatını, ödəniş sistemlərini və inteqrasiyaları birləşdirən kompleks yanaşmadır. Biznesinizin ölçüsünə və ehtiyaclarına uyğun texnoloji həlləri seçməyə və iş proseslərinizi daha səmərəli idarə etməyə kömək edirik.
Restoran, kafe və digər ictimai iaşə obyektləri üçün e-kassa, POS-terminal və proqram təminatını vahid sistemdə birləşdiririk. İnteqrasiya olunmuş həll satış və ödəniş əməliyyatlarının düzgün qeydə alınmasına, gündəlik proseslərin sadələşdirilməsinə və müasir texniki tələblərə uyğun infrastrukturun qurulmasına kömək edir.
Klinikalar, tibb mərkəzləri və laboratoriyalar üçün e-kassa, POS-terminal və proqram təminatını birləşdirən inteqrasiya həlləri. Ödənişlərin düzgün qeydə alınması, maliyyə əməliyyatlarının şəffaf idarə olunması və mövcud sistemlərlə uyğun texniki infrastrukturun qurulması üçün kompleks yanaşma təqdim edirik.
Pərakəndə ticarət, HoReCa və digər sahələr üçün etibarlı texnoloji həllər.

Ehtiyaclarınıza uyğun həlli birlikdə tapaq.
KASSA XİDMƏTLƏRİ
Kassaların çatdırılması, quraşdırılması və qeydiyyatı, proqram təminatının sazlanması və istifadəçi təlimi. Bütün xidmətlər bir ünvanda.
Omnitech MMC Azərbaycan Respublikasının qanunvericiliyinə cavab verən, dövlət reyestrinə daxil edilmiş, qiymət və keyfiyyət balansını əks etdirən müasir onlayn kassaların satışını həyata keçirir.
Bakı şəhəri və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşmış əməkdaşlarımız müştərilərə 24/7 texniki dəstək göstərir. Yaranan çətinlik üçün *1711 nömrəsinə zəng edin və ya help@omnitech.az ünvanına yazın. E-Kassa operatoru olaraq Omnitech şirkəti Vergi Xidmətinin e-kassa reyestrinə onlayn kassaların daxil edilməsi xidmətini təklif edir. Bu xidmət çərçivəsində lazımi sənədlərin toplanması, proqram təminatının uyğunlaşdırılması, reyestrə daxil olmaq üçün ərizənin təmin edilməsi və attestasiya üzrə kompleks həllər təqdim olunur. Xidmət dünya şöhrətli terminallar və lisenziyalı proqram təminatı satan şirkətlər üçün də əlverişli həlldir — bu isə öz növbəsində müştəri məmnuniyyətinə birbaşa təsir edir.
Omnitech şirkəti, tərəfdaşlarının müştəriləri üçün NMQ qeydiyyatını və əvvəlcədən tərəfimizdən e-kassa reyesterinə daxil edilmiş avadanlığın onlayn kassa kimi qeydiyyatını təklif edir. Tərəfdaşlarımız olan HRS və Smart HoReCa şirkətlərinin müştəriləri, Oracle Micros WS5 və Oracle Micros WS6, Touch A8 avadanlıqlarının qeydiyyatı və NMQ-nin qeydiyyata alınması üçün şirkətimizə müraciət edə bilər.
Omnitech şirkətinin məhsulu olan Omni Cashier Soft proqram təminatı, Android əməliyyat sistemini dəstəkləyən və funksionallığı ilə Azərbaycan Respublikası qanunvericiliyinin kassa intizamına uyğun olan onlayn kassalarda quraşdırılır. Omni Cashier Soft – topdan və pərakəndə ticarətdə, səhiyyə, habelə iaşə sahəsində malların, xidmətlərin satılması üzrə əməliyyatların aparılması üçün nəzərdə tutulmuşdur.
Kassa-Proqramı Omni Cashier Soft – vergi ödəyicisinin digər proqram təminatları ilə inteqrasiya edə və əməliyyatların fiskallaşdırma funksiyalarını yerinə yetirə bilir. Bu əməliyyatın mövcudluğu proqram təminatının çoxfunksional olduğunu və müasir tələblərə cavab verdiyinin göstəricisidir.
E-Kassa operatoru olaraq, Omnitech şirkəti Vergi Xidmətinin e-kassa reyesterinə Onlayn Kassaların daxil edilməsi xidmətini təklif edir. Bu xidmət çərçivəsində lazımi sənədlərin toplanması, proqram təminatının uyğunlaşdırılması, reyestrə daxil olmaq üçün ərizənin təmin edilməsi və attestasiya üçün kompleks həllər təqdim edir. Bu xidmət dünya şöhrətli tanınmış terminallar və lisenziyalı proqram təminatı satan şirkətlər üçün yaxşı bir həll ola bilər ki, bu da öz növbəsində müştərilərin məmnuniyyət səviyyəsinə təsir edəcəkdir.
Omnitech şirkəti - kassa aparatlarının qeydiyyatı, müştərinin ünvanı dəyişdirildikdə və ya vergi ödəyicisinin adının dəyişdirildiyi təqdirdə kassa aparatlarının yenidən qeydiyyata alınması, qeydiyyatdan çıxarılması, habelə Omnitech kassalarının təmiri istiqamətində xidmətlər göstərir. Zəruri hallarda şirkətin texniki dəstəyi ilə əlaqə saxlayın.
Omnitech şirkəti, vergi ödəyicirərinə Omnisoft proqramının istifadəsinə dair təlimlərin keçirilməsi, həmçinin satış üçün kataloqun yaradılması, mal qalığının müştərinin kassasına daxil edilməsi kimi əlavə xidmətlər göstərir. Zəruri hallarda şirkətin texniki dəstəyi ilə əlaqə saxlayın.
Başqa sualınız var?
*1711