Onlayn kassaların satışı
Omnitech MMC Azərbaycan Respublikasının qanunvericiliyinə cavab verən, dövlət reyestrinə daxil edilmiş, qiymət və keyfiyyət balansını əks etdirən müasir onlayn kassaların satışını həyata keçirir.
Satışdan qeydiyyata, inteqrasiyadan dəstəyə — biznesinizin bütün kassa ehtiyacları bir komandada.

Omnitech MMC Azərbaycan Respublikasının qanunvericiliyinə cavab verən, dövlət reyestrinə daxil edilmiş, qiymət və keyfiyyət balansını əks etdirən müasir onlayn kassaların satışını həyata keçirir.
Bakı şəhəri və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşmış əməkdaşlarımız müştərilərə 24/7 texniki dəstək göstərir. Yaranan çətinlik üçün *1711 nömrəsinə zəng edin və ya help@omnitech.az ünvanına yazın.
Omnitech şirkəti, tərəfdaşlarının müştəriləri üçün NMQ qeydiyyatını və əvvəlcədən tərəfimizdən e-kassa reyesterinə daxil edilmiş avadanlığın onlayn kassa kimi qeydiyyatını təklif edir. Tərəfdaşlarımız olan HRS və Smart HoReCa şirkətlərinin müştəriləri, Oracle Micros WS5 və Oracle Micros WS6, Touch A8 avadanlıqlarının qeydiyyatı və NMQ-nin qeydiyyata alınması üçün şirkətimizə müraciət edə bilər.
Omnitech şirkətinin məhsulu olan Omni Cashier Soft proqram təminatı, Android əməliyyat sistemini dəstəkləyən və funksionallığı ilə Azərbaycan Respublikası qanunvericiliyinin kassa intizamına uyğun olan onlayn kassalarda quraşdırılır. Omni Cashier Soft – topdan və pərakəndə ticarətdə, səhiyyə, habelə iaşə sahəsində malların, xidmətlərin satılması üzrə əməliyyatların aparılması üçün nəzərdə tutulmuşdur.
Kassa-Proqramı Omni Cashier Soft – vergi ödəyicisinin digər proqram təminatları ilə inteqrasiya edə və əməliyyatların fiskallaşdırma funksiyalarını yerinə yetirə bilir. Bu əməliyyatın mövcudluğu proqram təminatının çoxfunksional olduğunu və müasir tələblərə cavab verdiyinin göstəricisidir.
E-Kassa operatoru olaraq, Omnitech şirkəti Vergi Xidmətinin e-kassa reyesterinə Onlayn Kassaların daxil edilməsi xidmətini təklif edir. Bu xidmət çərçivəsində lazımi sənədlərin toplanması, proqram təminatının uyğunlaşdırılması, reyestrə daxil olmaq üçün ərizənin təmin edilməsi və attestasiya üçün kompleks həllər təqdim edir. Bu xidmət dünya şöhrətli tanınmış terminallar və lisenziyalı proqram təminatı satan şirkətlər üçün yaxşı bir həll ola bilər ki, bu da öz növbəsində müştərilərin məmnuniyyət səviyyəsinə təsir edəcəkdir.
Omnitech şirkəti - kassa aparatlarının qeydiyyatı, müştərinin ünvanı dəyişdirildikdə və ya vergi ödəyicisinin adının dəyişdirildiyi təqdirdə kassa aparatlarının yenidən qeydiyyata alınması, qeydiyyatdan çıxarılması, habelə Omnitech kassalarının təmiri istiqamətində xidmətlər göstərir. Zəruri hallarda şirkətin texniki dəstəyi ilə əlaqə saxlayın.
Omnitech şirkəti, vergi ödəyicirərinə Omnisoft proqramının istifadəsinə dair təlimlərin keçirilməsi, həmçinin satış üçün kataloqun yaradılması, mal qalığının müştərinin kassasına daxil edilməsi kimi əlavə xidmətlər göstərir. Zəruri hallarda şirkətin texniki dəstəyi ilə əlaqə saxlayın.
DƏSTƏK
Bakı şəhəri və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşmış peşəkar əməkdaşlarımız müştərilərimizə fasiləsiz texniki dəstək göstərir. Yaranan çətinliklə bağlı istənilən vaxt bizimlə əlaqə saxlaya bilərsiniz.

Mütəxəssislərimiz sizinlə əlaqə saxlasın və ehtiyacınıza ən uyğun kassa, proqram və inteqrasiya həllini təklif etsin.