Tez-tez verilən suallar
Kassa seçimi, sənədlər, qeydiyyat, inteqrasiya və dəstək barədə ən çox soruşulanlar — cavabları bir yerdə topladıq.
Kassa aparatı almaq üçün hansı sənədlər tələb olunur?
VÖEN, obyekt kodu, fəaliyyət kodu və tətbiq olunan vergi dərəcəsi tələb olunur
Kassa aparatının qeydiyyatı harada həyata keçirilir?
Qeydiyyat Omnitech tərəfindən həyata keçirilir və proses 3 iş günü ərzində tamamlanır.
POS-terminal ilə birlikdə kassa aparatınız varmı?
Bəli, POS-terminal inteqrasiyalı kassa aparatlarımız mövcuddur.
Kassa aparatından necə istifadə etməyi haradan öyrənə bilərəm?
İstifadə qaydaları ilə bağlı əməkdaşlarımız tərəfindən təlim keçirilir.
Kassa aparatını qeydiyyatdan necə çıxarmaq olar və bu proses nə qədər vaxt aparır?
Təqdim etdiyimiz blank doldurularaq bizə təqdim edilir. Qeydiyyatdan çıxarılma prosesi 3 iş günü ərzində tamamlanır.
Mövcud sistemlərimizi sizin kassalarınızla inteqrasiya etmək mümkündürmü?
Bəli, mövcud sistem və avadanlıqlarınızla inteqrasiya mümkündür.
Kassa aparatını aldıqdan sonra əlavə ödənişlər tələb olunurmu?
Bəli, proqram təminatının lisenziyası üzrə aylıq ödəniş tətbiq olunur.
Vergi dərəcəsini necə dəyişmək olar?
Vergi dərəcəsinin dəyişdirilməsi onlayn qaydada həyata keçirilir və bu barədə dəstək göstərilir.
Kassa aparatını neçə gün ərzində əldə edə bilərəm? Satınalma prosesi nə qədər vaxt aparır?
Sifariş prosesi 3 iş günü ərzində tamamlanır. Ödəniş nağd və ya köçürmə yolu ilə edilə bilər.
Omnitech ilə müştəri arasında müqavilə harada bağlanılır?
Sifariş təsdiqləndikdən sonra müqavilə prosesi əməliyyat şöbəsi tərəfindən həyata keçirilir.
Kassa aparatına əlavə avadanlıqları necə əldə edə bilərəm?
Monoblok, skaner, printer və pul yeşiyi kimi əlavə avadanlıqları Omnitech-dən əldə edə bilərsiniz.
Məndə artıq POS-terminal var. Onu sizin kassa aparatınızla inteqrasiya etmək mümkündürmü?
Bəli, mövcud POS-terminalınızı kassa aparatımızla inteqrasiya etmək mümkündür.
Əvvəlki satış məlumatlarını necə əldə edə bilərəm?
Əvvəlki satış məlumatlarını şəxsi kabinet vasitəsilə əldə edə bilərsiniz.
Şəxsi kabinet xidmətini necə əldə edə bilərəm?
Şəxsi kabinetin aktivləşdirilməsi və istifadəsi üçün əməkdaşlarımızdan dəstək ala bilərsiniz.
Siz lisenziyalı operator kimi fəaliyyət göstərirsinizmi?
Bəli, Omnitech 2019-cu ildən etibarən AR Dövlət Vergi Xidməti tərəfindən E-Kassa operatoru statusuna malikdir.
Sizdə mühasibat proqramı (Cash Point) mövcuddurmu?
Bəli, Cash Point proqram təminatımız mövcuddur.
Kassa aparatı üçün ehtiyat hissələrini haradan əldə edə bilərəm?
Ehtiyat hissələrini texniki dəstək şöbəmiz vasitəsilə əldə edə bilərsiniz.
Omnitech-i digər operatorlardan fərqləndirən əsas üstünlüklər hansılardır?
Omnitech müasir həllər, peşəkar texniki dəstək, sürətli xidmət, geniş məhsul çeşidi və etibarlı E-Kassa operatoru statusu ilə fərqlənir.
Yerində texniki xidmət göstərirsinizmi?
Bəli, ərazi üzrə təhkim olunmuş əməkdaşlarımız tərəfindən yerində texniki xidmət göstərilir.
Məhsul kataloqunu necə yaratmaq olar?
Məhsul kataloqunun yaradılması üçün texniki dəstək şöbəmizin əməkdaşlarından kömək ala bilərsiniz.

Biznesiniz üçün uyğun həlli birlikdə quraq
Mütəxəssislərimiz sizinlə əlaqə saxlasın və ehtiyacınıza ən uyğun kassa, proqram və inteqrasiya həllini təklif etsin.