Yeni həllər yeni imkanlar!
Dünyaca məşhur Apple, Pure Storage, Logitech, Prestigio Solutions, Displ şirkətlərinin rəsmi məhsullarının B2B satışı üzrə rəsmi partnyor olmuşuq!
Şəxsi kabinet
Şəxsi kabinet məsul şəxslərə həmçinin mühasiblərə kassada həyata keçirilən əməliyyatlar barədə məlumatı onlayn izləmə və ya əldə etmə imkanı verən yeni xidmətimizdir.
İnnovativ
dünyaya keçid
Hal-hazırda şirkətin təcrübəli mütəxəssisləri gələcəyin tələblərinə cavab verən qabaqcıl texnologiya və yenilikləri sahibkarlara peşəkarlıqla təklif edir.
Səmərəlilik, çeviklik və dəqiqlik
Məqsədimiz müştərilərimizə keyfiyyətli xidmətlər göstərmək və onların iş fəaliyyətini asanlaşdırmaqdır.
Omnitech TPS575
Çoxfunksional onlayn kassamız Omnitech TPS575 – müxtəlif biznes sahələrində işləmə üstünlüyünə malikdir. Nəzarət kassa aparatımızın 7-düymlük ekranı aksesuarsız rahat istifadə olunur.
Omnitech TPS320
Erqonomik dizayna malik 5 düymlük ekranı olan portativ onlayn kassamız Omnitech TPS320 – pərakəndə ticarət və ictimai iaşə fəaliyyət növləri üçün ideal bir seçimdir.
Aisino A90
Daxili ekvayrinq moduluna malik (2-si 1-də) Aisino A90 portativ onlayn kassa aparatı, müxtəlif biznes sahələri üçün uyğundur. Bu kassanın əsas özəlliyi Omnisoft proqram təminatının və nağdsız ödənişləri qəbul etmək imkanının olmasıdır.
Omnitech TPS680
Monoblok TPS 680 – pərakəndə satış sahəsində əvəzolunmaz məhsuldur. İki etibarlı LCD ekrana və bir çox xarici interfeyslərə: barkod skaneri, printer, pul qutusu, POS terminalı və.s qoşulma imkanına malikdir.
Biz təklif edirik
Yeni nəsil onlayn kassaların satışı1
Omnitech MMC, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə cavab verən, dövlət reyestrinə daxil edilən, özündə qiymət və keyfiyyət nisbətini əks etdirən müxtəlif çeşidli müasir Onlayn-Kassaların satışını həyata keçirir.
Texniki dəstəyin göstərilməsi 24/7
Bakı şəhər və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşmış peşəkar əməkdaşlarımız müştərilərimizə 24/7 texniki dəstək göstərir. Yaranan çətinliklə bağlı məsləhət almaq üçün: +994 (12) 310 17 11 nömrəsi ilə əlaqə saxlayaraq texniki dəstək ala bilərsiz. Həmiçinin Elektron ünvanımıza yaza bilərsiniz: [email protected].
Kassanın NMQ ilə təmin edilməsi
Omnitech şirkəti, tərəfdaşlarının müştəriləri üçün NMQ satışını və əvvəlcədən tərəfimizdən e-kassa reyesterinə daxil edilmiş avadanlığın onlayn kassa kimi qeydiyyatını təklif edir. Tərəfdaşımız olan HRS şirkətinin müştəriləri, Oracle Micros WS5 və Oracle Micros WS6 avadanlıqlarının qeydiyyatı və NMQ-nin alınması üçün şirkətimizə müraciət edə bilər.
Kassaların proqram ilə təmin edilməsi
Omnitech şirkətinin məhsulu olan Omni Cashier Soft proqram təminatı, Android 7 əməliyyat sistemini dəstəkləyən və funksionallığı ilə Azərbaycan Respublikası qanunvericiliyinin kassa intizamına uyğun olan onlayn kassalarda quraşdırılır. Omni Cashier Soft – topdan və pərakəndə ticarətdə, habelə iaşə sahəsində malların, xidmətlərin satılması üzrə əməliyyatların aparılması üçün nəzərdə tutulmuşdur.
Kassa proqramının inteqrasiya edilməsi
Kassa-Proqramı Omni Cashier Soft – vergi ödəyicisinin digər proqram terminalları ilə inteqrasiya edə və əməliyyatların fiskallaşdırma funksiyalarını yerinə yetirə bilir. Bu əməliyyatın mövcudluğu proqram təminatının çoxfunksional olduğunu və müasir tələblərə cavab verdiyinin göstəricisidir.
E-Kassa reyestrinə NKA-nı qeydiyyata salınması
E-Kassa operatoru olaraq, Omnitech şirkəti Vergi Xidmətinin e-kassa reyesterinə Onlayn Kassaların daxil edilməsi xidmətini təklif edir. Bu xidmət çərçivəsində lazımi sənədlərin toplanması, proqram təminatının uyğunlaşdırılması, reyestrə daxil olmaq üçün ərizənin təmin edilməsi və attestasiya üçün kompleks həllər təqdim edir. Bu xidmət dünya şöhrətli tanınmış terminallar və lisenziyalı proqram təminatı satan şirkətlər üçün yaxşı bir həll ola bilər ki, bu da öz növbəsində müştərilərin məmnuniyyət səviyyəsinə təsir edəcəkdir.
E-Kassa operatorunun xidmətləri
Omnitech şirkəti - kassa aparatlarının qeydiyyatı, müştərinin ünvanı dəyişdirildikdə və ya vergi ödəyicisinin adının dəyişdirildiyi təqdirdə kassa aparatlarının yenidən qeydiyyata alınması, kassa aparatlarının qeydiyyatdan çıxarılması, habelə Omnitech kassalarının təmiri istiqamətində xidmətlər göstərir. Zəruri hallarda şirkətin texniki dəstəyi ilə əlaqə saxlayın.
Əlavə xidmətlər
Omnitech şirkəti, müştəri heyətinə Omnisoft proqramının istifadəsinə dair təlimlərin keçirilməsi, həmçinin satış üçün kataloqun yaradılması, mal qalığının müştərinin kassasına daxil edilməsi kimi əlavə xidmətlər göstərir. Zəruri hallarda şirkətin texniki dəstəyi ilə əlaqə saxlayın.
Onlar bizi seçdilər
24/7 texniki
dəstək
Nəzarət-kassa aparatlarımızda hər hansı nasazlığı aradan qaldırmaq üçün texniki dəstək xidmətimizin operatorları 24/7 fəaliyyət göstərir.
Əlaqə üçün
müraciət