Omnisoft proqramı kassa aparatlarından istifadə qaydalarının əsas funksialarını özündə cəmləşdirir və Nazirlər Kabinetinin 01/08/2019-cu il tarixli qərarına (Qərar 338) əsasən, Vergilər Nazirliyinin tələblərinə cavab verir.

Omnisoft proqramının istifadəsi sadə və rahatdır. Proqram aşağıdakı xüsusiyyətlərə malikdir:

1. Kassa çekinin formalaşdırılması:

1.1 Məhsulların siyahısının yaradılması.

2.Kassa əməliyyatlarının aparılması:

2.1 Satılmış məhsul və xidmətlər üçün nağd pulun qəbulu və geri qaytarılması.

2.2  Vəsaitin mədaxil və məxaric olunması.

2.3  Məbləğin dəyişilməsi və çekin ləğv edilməsi.

2.4 Növbələrin açılıb bağlanılması, həmçinin X və Z hesabatlarının alınma imkanı.

2.5  Əməliyyatların tarixçəsi.

3.Ödəniş və Hesablaşmalar:

3.1   Nağd ödəniş.

3.2   Nağdsız ödəniş.

3.3  Digər ödəniş növləri.

4.Omnisoft digər proqram təminatları ilə məlumat mübadiləsini aparır və Android əməliyyat sistemi üzərində çalışan cihazlar ilə uyğunlaşır. Onlayn kassa aparatlarımız Omnitech TPS575 və Omnitech TPS680 ilə birlikdə mükəmməl işləmə qabiliyyətini sərgiləyir.

Omnisoft aşağıdakı biznes fəaliyyət növlərinə uyğundur:

–   Pərakəndə satış.

–   Xidmətlər.

–   Kafe və restoranlar.